Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir

0

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının möhtəşəm və tarixi Qarabağ Zəfəri ilə yekunlaşdı. Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsini Azərbaycan öz gücü, iradəsi və mərdliyi ilə həll etdi. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Bütün bu nəticələr müstəqil Azərbaycanın son 29 ildə apardığı uğurlu xarici siyasət və diplomatik fəaliyyətinin bəhrəsidir. Heç kimə sirr deyil ki, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Biz illərlə, Azərbaycanın haqlı mövqeyinə və hər cürə siyasi, hüquqi haqlarına baxmayaraq keçmiş münaqişəni masa arxasında, qan tökülmədən həll etməyə çalışmışıq. Lakin hamının gördüyü kimi, Minsk qrupu bu məsələdə tamamilə nəticəsiz fəaliyyət göstərdi və Azərbaycanın Qarabağ Zəfərindən sonra öz fəaliyyətini başa vurdu.

44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi, çünki Azərbaycan bu müharibədə haqlı mövqeyinə, iqtisadi və hərbi gücünə, siyasi iradəsinə arxalanırdı. Azərbaycan xalqı bütün dünyaya qəhrəmanlığını, cəsarətini nümayiş etdirdi, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək sözün əsl və məcazi mənasında düşmənin başını əzən “Dəmir Yumruq” oldu. Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. Azərbaycan illərlə apardığı düşünülmüş siyasət nəticəsində işğalçı Ermənistan regionda bütün beynəlxalq və regional layihələrdən tamamilə təcrid olunmuş vəziyyətdə idi. Bugünkü geosiyasi, geoiqtisadi vəziyyətdə də Ermənistan varlığını davam etdirmək istəyirsə Azərbaycanla normal qonşuluq münasibətlərini bərpa etməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Azərbaycan torpaqlarına qarşı olan ərazi iddialarından birdəfəlik əl çəkməlidir. Əks təqdirdə, Ermənistan hər zaman uduzan tərəfdə olmağa davam edəcəkdir. Bu reallığı Ermənistan da dərk edir və Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən irəli sürülən sülh müqaviləsinin əsasını təşkil edən 5 prinsipi artıq qəbul edib. Bu sülh müqaviləsinin imzalanması Azərbaycanın növbəti diplomatik uğuru və inamlı qələbəsi olacaqdır. “Azərbaycan müstəqilliyi dövründə heç vaxt indiki qədər güclü olmayıb” deyən dövlət başçımızın “Sözümüz imzamızdır!” ifadəsi reallıqda öz əksini tapır. Ali Baş Komandan, Prezident İlham Əliyev bu Qələbəyə böyük maneələri, ikili standartları, bəzi dövlətlərin riyakar münasibətlərini diplomatik gedişlər və siyasi məharətlə dəf edərək nail oldu, bir çox düşməni dosta çevirdi. Yaşasın xalqımızın böyük oğlu, dahi və müdrik Prezidentimiz İlham Əliyev!

Qasımova Tamilla

132-134 nömrəli Təhsil Kompleksinin Coğrafiya müəllimi