Təhsil Kompleksinin “Kiçik akademiya” üzvlərinin “Hər dəqiqə suya qənaət et!” adlı maarifləndirici layihəsi təqdim olundu

0

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində 132-134 nömrəli Təhsil Kompleksində hər il olduğu kimi, bu il də Kompleksin “Kiçik akademiya”sının üzvləri müxtəlif tədqiqat layihələri təqdim etmişlər.

Kompleksin Rus bölməsi 8-ci sinif şagirdləri 5 komandaya bölünərək bir ay müddətində su resurslarının idarə edilməsi, suya qənaət mövzularında araşdırma aparmış və tədqiqat nəticələrini maraqlı maketlər formatında təqdim etmişlər. Layihə Kompleksin Biologiya və Həyat bilgisi müəllimi Rübabə Səmədovanın rəhbərliyi ilə reallaşdırılmışdır.

Mayın 6-da “Kiçik akademiya” üzvlərinin su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı “Hər dəqiqə suya qənaət et!” adlı maarifləndirici layihəsi təqdim olundu.

Layihə çərçivəsində aparılmış tədqiqatın nəticələrinə əsasən şagirdlər komandalar formatında aşağıdakı mövzular üzrə təqdimatlar etdilər:

Komanda 1: “Yer kürəsinin ən vacib təbii sərvəti – Su”

Komanda 2: “Təbiətdə böyük və kiçik su dövranları”

Komanda 3: “İçməli su ehtiyatlarının azalması təhlükəsi”

Komanda 4: “Suyu qorumaq üçün 5 səbəb”

Komanda 5: “İnsan orqanizmində suyun rolu”

Şagirdlər bu mövzular üzrə maraqlı təqdimatlar, maketlər, şəkillər hazırlamış, bukletlər çap etdirmiş, bu mövzu ilə bağlı fikir mübadiləsi aparmışlar.