Məktəblilərə yol hərəkəti təhlükəsizliyi sahəsində bilik, bacarıq və vərdişlər aşılayan maraqlı viktorina təşkil olundu

0

“Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün” Tədbirlər Planının icrası istiqamətində 132-134 nömrəli Təhsil Kompleksində aprelin 26-da məktəblilərə yol hərəkəti təhlükəsizliyi sahəsində bilik, bacarıq və vərdişlər aşılayan maraqlı viktorina təşkil olundu.

7 mərhələdən ibarət viktorinada şagirdlərə yol hərəkətinin təhlükəsizliyi qaydaları və yol nişanları haqqında biliklərini yoxlayan müxtəlif krossvordlar, rebuslar, izahlı tapşırıqlar və testlər təqdim olundu və hər komandanın nəticəsi mərhələlər üzrə qiymətləndirildi.

Şagirdlər viktorinada yaxından iştirak etdi, yol hərəkətinin təhlükəsizliyi qaydaları və yol nişanları haqqında biliklərini yoxladı, səhv bildiklərini düzəltdi və yeni məlumatlar əldə etdilər. Viktorinanın yekununda bütün mərhələlər üzrə ən yüksək nəticə göstərmiş 5 nömrəli komanda və dostluq qalib gəldi.

Məktəblilər yol hərəkəti təhlükəsizliyi sahəsində həm yeni biliklər öyrəndilər, həm əyləndilər, həm də komanda şəklində işləmək təcrübəsi qazandılar.

Viktorina Kompleksin Biologiya və Həyat bilgisi müəllimi Rübabə Səmədovanın rəhbərliyi ilə təşkil olundu.