“Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardım” mövzusunda maarifləndirici dərs təşkil olundu

0

“Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün” Tədbirlər Planının icrası istiqamətində 132-134 nömrəli Təhsil Kompleksində “Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardım” mövzusunda maarifləndirici dərs təşkil olundu.

Məktəblilər yol-nəqliyyat hadisələri və digər bədbəxt hadisələr zamanı xəsarət alanlara vaxtında və düzgün ilk yardım göstərilməsi qaydaları, təcili tibbi yardım maşını gələnə qədər qəza yerində davranış qaydaları, ilk yardımın həyat xilası üçün əhəmiyyəti haqqında məlumatlandırıldılar.