Kompleksin şagirdləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 5-10 və 11-15 yaşlı rəssamlar arasında keçirdiyi rəsm müsabiqələsinin qalibləri olublar

0

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 5-10 və 11-15 yaşlı rəssamlar arasında keçirdiyi rəsm müsabiqələsinin qalibləri məlum olub. Qaliblər sırasında Kompleksimizin şagirdləri də var.

Xalqımızın Qarabağ zəfərinə həsr olunan müsabiqənin təşkilində əsas məqsəd tarixi qələbəni uşaqların gözü ilə görmək və onlara vətənpərvərlik ruhunu aşılamaq idi.

Qaliblər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov tərəfindən diplom və hədiyyələrlə təltif olunublar. Müsabiqədə münsif qismində çıxış edən aktyor və Rəssamlar Şurasının üzvü Bəhram Bağırzadə iştirakçıların hər birinə şəxsi imzası ilə kitabını hədiyyə edib.

 

Şagirdlərimizi bu gözəl qalibiyyət münasibətilə təbrik edir və onlara gələcək müsabiqələrdə yeni-yeni nailiyyətlər arzu edirik.