132-134 nömrəli Təhsil Kompleksində COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri və üçüncü doza vaksinasiya ilə bağlı maarifləndirici tədbir keçirilib

0

Noyabrın 3-də 132-134 nömrəli Təhsil Kompleksində onlayn videokonfrans formatında məktəbin müəllimlərinin və əsasən sinif rəhbərlərinin iştirakı ilə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri və hər 2 doza vaksin olunmuş müəllimlərin üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsi ilə bağlı maarifləndirici tədbir keçirildi.

Direktor müavinləri Şəfəq Şirinova, Məlahət Əliyeva və İlahə Həsənli koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar Təhsil Kompleksinə daxil olan rəsmi sənədlər və bu istiqamətdə Kompleksdə görülmüş işlər haqqında məlumat verdilər. Vurğulandı ki, “Təhsil üçün vaksinasiya” layihəsi çərçivəsində Kompleksin müəllimləri vaksinasiyada könüllü olaraq tam tərkibdə iştirak edirlər.

Qeyd olundu ki, məktəb rəhbərliyi koronavirus və onunla mübarizə vasitələri haqqında mütəmadi olaraq müəllimlər, şagirdlər, valideynlər arasında geniş maarifləndirici söhbətlər təşkil edir, gündəlik olaraq dərslərdə iştirak edən müəllimlərin səhhətinə ciddi nəzarət edir, koronavirus faktı aşkarlanan siniflərlə bağlı ciddi və operativ tədbirləri dərhal həyata keçirir.

Mövzu ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırıldıqdan sonra direktor müavinləri sinif rəhbərlərinə və müəllimlərə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində görüləcək işlər barədə müvafiq tapşırıq və tövsiyələrini verdilər.