Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.

0

Bu gün görkəmli alim, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq, gözəl ana, vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.
Zərifə xanımın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, Allahın ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi böyük insanın obrazı gözlərimizin önündə canlanır. O elə bir insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər.
Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu olub. Onun oğlu Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı, Azərbaycanın fəxri Cənab Prezidentimiz İlham Əliyevdir.
132-134 nömrəli Təhsil Kompleksində hər il olduğu kimi, bu il də Zərifə xanım Əliyevanın əziz xatirəsi böyük ehtiramla yad edilərək, onun anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn dərslər keçirilmişdir. Şagirdlər Zərifə xanımın şərəfli həyat yolundan bəhs edən təqdimatlar hazırlamışlar.