9 noyabr- Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

«Bayraq günü»  münasibətilə 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə  kompleksin şagirdlərini təbrik edib. S.Xanlarova 2016-cı ilin aprel ayında ordumuzun qələbəsi nəticəsində üçrəngli bayrağımızin   Lələtəpə yüksəkliyində dalğalanmasının  nə qədər qürurverici olduğunu qeyd edib. Sonra isə tədir ədəbi-bədii kompozisiya ilə davam edib.