Bu mərhələdə ilk mərhələdən seçilən məktəblilərlə müsahibə keçirilib. Müsahibə peşəkar psixoloq, müəllim, insan resursları üzrə mütəxəssis, ekspertlər tərəfindən götürülüb.
Müsahibə zamanı məktəblilərin layihədə iştirak motivasiyası, dünyagörüşü, düşüncə tərzi, gələcəkdə seçmək istədiyi peşə və ya ixtisas barədə müxtəlif suallar verilib.
Qeyd edək ki, layihənin əsas məqsədi ixtisas seçimi etmək üçün məktəblilərin potensialının kəşf edilməsi və yönləndirilməsidir.