Tədbir məktəbin direktoru və layihə rəhbəri Sara Xanlarova tərəfindən açıq elan edilib. Tədbir şəxsi və karyera inkişafı üzrə təlimçi Tofiq Sadıxovun layihənin əsas məqsədi barədə 150 ​​məkt əblini məlumatlandırması ilə davam edib. Məlumatlandırma mərhələsində eləcə də, gələcəkdə ləğv olunacaq ixtisas və peşələr, texnologiyanın sürətli inkişafı ilə əlaqədar yaranacaq yeni ixtisaslar, məktəblilərin ixtisas seçimində əsas diqqət etməli olduğu məqamlar, onlara lazım olacaq əsas bacarıqlar haqqında təlimçi geniş məlumat verib. Olduqca interaktiv keçən məlumatlandırma mərhələsində məktəblilərin ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb.
Daha sonra isə məktəblilərin layihədə iştirak motivasiyasını yoxlamaq məqsədi ilə 150 ​​məktəblinin iştirak etdiyi sorğu-test mərhələsi keçirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi ixtisas seçimi etmək üçün məktəblilərin potensialının kəşf edilməsi və yönləndirilməsidir.