Sentyabrın 16-da 132-134 nömrəli Təhsil kompleksində “Bilik günü” keçirilib. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Təhsil kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova  çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı nailiyyətlərindən, eyni zamanda  kompleksdə uğurla həyata keçmiş beynəlxalq layihələrdən danışıb.

Sara Xanlarova öz çıxışında müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Kompleksin direktoru Sara Xanlarova Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini diqqətə çatdırıb. Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən S.Xanlarova bu sahə ilə bağlı imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, 2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə məktəbin binası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib.

Tədbirdə təhsil kompleksinin inkişaf mərhələləri, fəaliyyəti, qazanılan uğurlar barədə ətraflı məlumat verilib.

Tədbir bədii hissə ilə davam etdirildi.