132-134 nömrəli Təhsil Kompleksində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə FHN Bakı Regional Mərkəzinin nümayəndəsi Səbuhi Əfəndiyev çıxış edərək bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının tarixi 1931-ci ildən başlayır. Təşkilatın qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Hazırda təşkilata 100-dən çox ölkə daxildir. Ölkəmiz 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Sonra şagirdlərə mülki müdafiə ilə bağlı təlim keçirilib.