28.02.2019-cu il tarixində 132-134 nömrəli Təhsil Kompleksində Səbail rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin rəhbərliyinin təşəbbüsü ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilmişdir.
Tədbirdə Səbail rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Cavid Muradov, Səbail rayon Polis İdarəsinin , 9-cu PB-nin rəisi və əməkdaşları, Veteranlar Şurasının əməkdaşları, Səbail rayon İcra Hakimiyyətinin, İçəri şəhər Cümə məscidinin və Bakı şəhəri Narkoloji Dispanserin nümayəndələri də iştirak etmişlər.
Kompleksin IX-X-XI sinif şagirdləri və müəllim kollektivinin iştirak etdiyi tədbirdə narkomaniyanın zəzərli nəticələri barədə geniş söhbətlər aparılmış, maarifləndirici slaydlar və film təqdim olunmuşdur.