132-134 nömrəli Təhsil Kompleksində Novruz şənliyi keçirilib

0

17 mart 2017-ci il tarixdə 132-134 nömrəli Təhsil Kompleksində ənənəvi Novruz şənliyi keçirilib. Tədbirdə çıxış edən Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar Müəllimi Sara Xanlarova bütün şagirdləri baharın gəlişi münasibətilə təbrik edib və ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

 

S.Xanlarova həmçinin xüsusi olaraq vurğulayıb ki, bu bayramın dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ənənəsi isə təbii ki, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri hər zaman Novruz bayramının tarixi və milli ənənələrimizə uyğun şəkildə bayram edilməsinə böyük önəm vermiş və bu gün də Ulu öndərimizdən miras qalmış bu gözəl ənənə prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Bədii proqramla davam etdirilən  konsert  şagirdlərdə  bayram əhval-ruhiyyəsini yaradıb.

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin