1 Mart – Ümümdünya Mülki Müdafiə günü ilə bağlı ənənəvi olaraq Səbail rayonunda silsilə tədbirlər keçirilib. Bu münasibətlə 132-134 nömrəli Təhsil Kompleksində Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin məqsədi barədə şagirdlərə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Ümümdünya Mülki Müdafiə günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanmışdır. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində mararifləndirici xarakterli tədbirlər keçirilib.Tədbirin keçirilməsinin əhəmiyyəti şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.
Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirilib.
Sonra orta məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib. Bu dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olunub, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.