28 May – Respublika Gününə həsr olunan tədbir keçirilib.

0

May ayının 27-də 132-134 nömrəli Təhsil Kompleksində 28 May – Respublika Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən Təhsil Kompleksinin direktoru, Respublikanın əməkdar müəllimi Sara Xanlarova xalqımızı  əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizə sülh, əmin-amanlıq arzulayıb. S.Xanlarova bildirib ki,  XX əsr Azərbaycan xalqının həyatında azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, onun baniləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanırlar.

received_10206117081554164 received_10206117075914023

received_10206117083554214 received_10206117102834696

1991-ci il oktyabrın 18-də əldə etdiyimiz müstəqilliyin bu mübarizənin məntiqi nəticəsi kimi tarixə düşdüyünü diqqətə çatdıran direktor vurğulayıb ki, həmin vaxt respublikamız müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilməyib. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz müstəqilliyimizdən danışa bilməzdik.

received_10206117101314658 received_10206117106434786

received_10206117105034751 received_10206117104634741

                                          received_10206117108874847

Sara Xanlarova ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıb.

Tədbir məktəblilərin ifasında bədii hissə ilə davam edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin