132-134 nömrəli Təhsil Kompleksində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mahnı Festivalı keçirilib. Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın əməkdar müəllimi Sara Xanlarova şagirdlərlə görüşərək onları 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib. Həmçinin keçirilən Mahnı Festivalında iştirak edənlərə uğurlar arzulayıb.