132-134 nömrəli Təhsil Kompleksində akademik Zərifə Əliyevanın xatirəsi anılıb

0

Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə anma mərasimi keçirilib. Tədbirdə Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova akademik Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, elmdə qazandığı nailiyyətlərdən danışıb.

                                                                received_10205906208722475

Direktor bildirib ki, Zərifə xanım Əliyeva çox xeyirxah, nəcib bir insan, böyük alim və bacarıqlı həkim idi. Zərifə xanım həm də sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana idi. O, ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ömür-gün yoldaşı idi. 1923-cü ilin nurlu baharında dünyaya gələn, ürəyində daim işıqlı amallar, nəcib duyğular yaşadan Zərifə xanım Əliyevanın parlaq xatirəsi könüllərdə zaman-zaman yaşayacaq.

received_10205906206482419 received_10205906208602472

S.Xanlarova akademik Zərifə xanım Əliyevanın tibb elminə böyük töhfələr verdiyini, həkim kimi insanlara sağlamlıq, sevinc, xoşbəxtlik bəxş etdiyini xatırladıb. Vurğulanıb ki, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanımın ömür yolu nəsillərə ən layiqli örnəkdir. Zərifə xanımın ömür-gün yoldaşı, ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanın inkişaf edərək çiçəkləndiyinə görə, boya-başa çatdırdığı övladı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin dünyada nüfuzunun daha da yüksəldiyinə görə alimin ruhu şaddır.

received_10205906208322465 received_10205906207762451

S.Xanlarova görkəmli alim Zərifə xanım Əliyevanın humanist, nəcib əməllərinin bu ocağın, bu ailənin gəlini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb.

received_10205906206882429 received_10205906206402417

Sonra 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Allahın dünyaya bəxş etdiyi müqəddəs varlıq olan-Anaya aid  şeirlər  səsləndiriblər. Tədbirin sonunda görkəmli oftalmoloq alimin həyatından bəhs edən film nümayiş etdirilib.

                                                          a5

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin