Martın 18-də 132-134 nömrəli Təhsil Kompleksində xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən “Novruz” bayramı münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova xalqmızı bayram münasibətilə təbrik etdi, ölkəmizə sülh, əmin -amanlıq, süfrələrə bol bərəkət arzuladı.
Bayram şənliyində Kosa və Keçəlin şən və maraqlı çıxışları, şagirdlərin ifasında milli rəqslər bayramı yaddaqalan etdi.