“Fransa Günü” adlı tədbir keçirilmişdir

0
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində “Fransa Günü” adlı tədbir keçirilmişdir.
3 4

Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunmasından danışmışdır. Qeyd olunmuşdur ki, ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoymuşdur. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl öyrədilir.

1 11

7 14
Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Ana Məktəb barədə məlumat verən direktor bildirmişdir ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir. Modelin əsas məqsədi uşaqların 3 yaşdan tam məktəb təliminə hazırlanması və erkən yaş dövründən onlara xarici dillərin öyrədilməsindən ibarətdir.

  23 9
Çıxış edən Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez öz ölkəsi ilə Azərbaycanın əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulamışdır. Ölkələrimizin təhsil sahəsində uğurlu əməkdaşlığı barədə fikirlərini söyləyən səfir 132-134 nömrəli Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən, fransa modeli əsasında yaradılmış Ana Məktəbin fəaliyyətinin əhəmiyyətini də diqqətə çatdırmışdır.

12 18

5 13

Oreliya Buşez təhsil əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Sonra Ana Məktəb layihəsinin  şagirdləri fransız dilində ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

25 24

22
Tədbir iştirakçıları şagirdlərin Azərbaycan-Fransa əlaqələrindən bəhs edən rəsm nümunələrindən ibarət sərgi  ilə tanış olmuşlar.

Daha sonra  fransız aşbazı Tibo Beranın təqdimatında  Fransız mətbəxi nümayiş olunmuşdur. Burada  sağlam qida -sağlam həyat haqqında məlumat verilmişdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin