132-134 nömrəli Təhsil Kompleksində Beynəlxalq Ana Dili Günü qeyd olunub

0

132-134 nömrəli Təhsil Kompleksində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib. Tədbiri açıq elan edən təhsil kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova ilk öncə bütün şagirdləri təbrik edib. Beynəlxalq Ana Dili Gününün tarixi köklərinə nəzər salan S. Xanlarova bildirib ki, 1952-ci ildən başlayaraq hər il bütün xalqlar bu günü qeyd edir.

5 1

                                         9

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana dili günü elan edib. Hər il bütün xalqlar bu günü qeyd etməklə öz doğma dilinin varlığını hiss etdirir, onun gözəlliyi və zənginliyini tərənnüm edir, gələcək nəsillərə qorunub saxlanması istiqamətində təbliğat aparır. Azərbaycan dilinin dövlət dili statusu qazanması qürur gətirən tarixi hadisədir: Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmişdir. Ana dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.

12 6
Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, Ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Tədbirdə şagirdlər xalq şairi B.Vahabzadənin “Ana dili” , H.Cavidin “Qız məktəbində” , M.S.Ordubadinin “Ana dili” şeirlərini böyük məharətlə söylədilər.

16 14

                                    13

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin