“Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirilmişdir

0

132-134 nömrəli Təhsil Kompleksində “1 Mart-Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirilmişdir.

9 5

Tədbirin keçirilməsində mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığı, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, təsirinin minimuma endirilməsi, fövqəladə hallar zamanı əhalinin həyat təminatının təşkili kimi məsələlər əsas məqsəd olaraq qarşıya qoyulmuşdur.

7 6

Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, rayonun mülki müdafiə qüvvələrinin əhalinin mühafizəsi üzrə fəaliyyəti şagirdlərin, bütün tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

6 8

                                            10

Həmçinin mülki müdafiə sisteminin əhəmiyyəti, rolu və vəzifələri, xəbərdarlıq tədbirlərinin təşkili, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat verilmiş, fövqəladə hadisələr zamanı xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və yanğınların qarşısının alınması, fərdi mühafizə vasitələri və kollektiv mühafizə qurğularından istifadə üsulları barədə nəzəri biliklərin və praktiki vərdişlərin təkmilləşdirilməsi, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydalarına xüsusi diqqət yetirilməsi tövsiyyə olunmuşdur .

                                          12

 _MG_9377 2

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin