132-134 nömrəli Təhsil Kompleksində 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü qeyd olundu

0

132-134 nömrəli Təhsil Kompleksində 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib. Tədbirdə çıxış edən Təhsil Kompleksinin direktoru Sara Xanlarova ilk öncə xalqımızı 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni ilin gəlişi münasibətilə təbrik edib. O, bildirib ki,  bu tarix Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.

_85A7090 _85A7043

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilir.

_85A7109 _85A7007

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda ulu öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Sonra tədbir şagirdlərin hazırladıqları bədii hissə ilə davam etdirildi.

_85A6958 _85A6987

                                                  _85A7128

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin