Azərbaycan Milli Elmlər Akakademiyasının (AMEA) 70 illik yubileyi çərçivəsində təşkil olunan sərgiyə 132-134 nömrəli Təhsil Kompleksinin yuxarı sinif şagirdləri tərəfindən baxış keçirilmişdir.
Sərgiyə baxış keçirən şagirdlərə AMEA-nın yaranmasının tarixi, bu günə qədər olan uğurlu fəaliyyəti barədə geniş məlumat verilmişdir.
Həmçinin şagirdlər AMEA-da fəaliyyət göstərən institutlar və elmi bölmələr haqqında da ətraflı maarifləndirilmişdir.