132-134 nömrəli Təhsil Kompleksində Tofiq Quliyevin əziz xatirəsi anılıb

0

Noyabrın 5-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində böyük bəstəkar, pianoçu, Xalq Artisti, Əməkdar İncəsənət Xadimi Tofiq Quliyevin əziz xatirəsi anılıb.

Danılmaz faktdır ki Tofiq Quliyevin parlaq uğurları eyni zamanda teatr və kinematoqrafiyaya  aiddir. O, 100-ə yaxın filmə musiqi bəstələyib. Bu ekran əsərləri arasında xüsusilə “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Ögey ana”, “Nəsimi”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Möcüzələr adası”, “O qızı tapın” filmlərini xüsusilə vurğulamaq olar.

 5 3

Müvafiq qurumların nümayəndələrinin, müəllim və şagirdlərin iştirak etdikləri anım mərasimində əvvəlcə görkəmli sənətkarın zəngin ömür yolunun və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film göstərilib.

Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova görkəmli bəstəkar T.Quliyevin zəngin yaradıcılığından, ölməz əsərlərinin əhəmiyyətindən danışıb, onun Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə əvəzsiz töhfələr verdiyini bildirib.

                                                                    4

Direktor S.Xanlarova öz çıxışında həmçinin onu da bildirib ki, bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsa da, Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr təbii ki mahnı janrıdır.  200-dən artıq  mahnı yazan Tofiq Quliyevin mahnıları ildırım sürət ilə şöhrət qazanır. Bu mahnıları Rəşid Behbudov, Rauf Atakişiyev, Lütviyar İmanov, Şövkət Ələkbərova, “QAYA” vokal instrumental ansamblı məharətlə ifa ediblər. Böyük bəstəkarın əziz xatirəsinin bundan sonra da  ürəklərdə daim yaşayacağını vurğulayıb.

                                                                    9

Tədbirdə Təhsil Kompleksinin “Məktəb Filarmoniyası”nın üzvləri bəstəkarın əsərlərini, xüsusən də “DÖRD DOST”, “Bakı gözəl şəhər” , “Arzular” mahnısını  xüsusi istedad və məharətlə ifa ediblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin