132-134 nömrəli Təhsil Kompleksində «İtaliya günü» keçirilib

0

132-134 nömrəli Təhsil Kompleksi  ilk beynəlxalq status almış dövlət məktəbi kimi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşısına məqsəd qoymuşdur. Belə ki, burada məktəblilərə rus, fransız, ərəb, ingilis və italyan dilləri mükəmməl şəkildə öyrədilir.

10   11

Oktyabrın 20-də 132-134 nömrəli Təhsil Kompleksində keçirilən “İtaliya Günü” adlı tədbirdə məktəbli Şeyla Məmmədova: “Bizim məktəbdə italiyan dili öyrədilir. Mən də bu dili çox sevdiyimdən çalışıram ki, öyrənim”.

Müəllimlərindən müxtəlif dillərdə nağıllar eşidən azyaşlılar indi daha sevincli idilər. Çünki bu dəfə müəlliflərin özləri onlarla görüşə gəlmişdi.

12  9

İtaliyali yazıçı Tommaso Soldini: “Xoşbəxt yazıçıyam ki, bu dəfə Azərbaycandakı balaca oxucularımın yanındayam. Onlara hekayələrimi özüm səsləndirəcəm. Yeri gəlmişkən, deyim ki, sizin ədəbiyyatınızla da tanış olmuşam. Əsasən diqqəti orta əsrlərə aid verdlik, cəngavərlik nağıllarınız çəkib.”

                                               13

Kompleksdə təhsil alan italiyanlar da özlərini doğma Vətənlərindəki kimi hiss edirlər.

İtaliyali məktəbli Alvino Federiko: “Mən Federiko, 4-cü sinifdə oxuyuram. Sizin şəhərinizdə məktəbə gedirəm”.

İtaliyalı məktəbli Leyla Alvino: “Mən bu məktəbdə oxuyuram. Azərbaycanı çox istəyirəm”.

Tədbirdə çıxış edən İtaliya-Azərbaycan Assosiasiyasinin prezidenti Paola Kazaqrande isə deyir: “Düşünürəm ki, bu layihə İtaliya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün zəmin yaradır. Və bu işdə əlbəttə ki, bizim yardımçımız gənc nəsil, xüsusən də uşaqlardır. “

7  5

Tədbirdə şagirdlər Azərbaycan və İtalyan dillərində mahnılar səsləndiriblər. Sonda qonaqlar məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

6  4

Tədbir məktəblilər üçün yaddaqalan olub.

İtaliya günü həm də ona görə əlamətdar olub ki, o müxtəlif xalqların nümayəndələrini balacaların timsalında yaxınlaşdırmışdı. Ortaq ünsiyyət məktəblilərin dostluğunu daha da möhkəmləndirirdi. İlk dövlət məktəbi kimi beynəlxalq status alan 132-134 nömrəli Təhsil Kompleksi məhz bu öncüllüyü ilə fərqlənir. Məktəb bu dəfə balaca şagirdlərini bir araya gətirdi.

3  2

1  8

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin