Sentyabrın 15-də ölkəmizdə növbəti tədris ili başlandı. Bu əlamətdar günü şagirdlər, müəllimlər və valideynlər həmişə olduğu kimi, bu il də böyük sevinclə qeyd edirlər. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək.
Bilik günü Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində də təntənəli mərasimlə qeyd olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bilik günü münasibətilə həm məktəbliləri, həm də valideynləri təbrik etdi. Prezident Administrasiyasının rəsmisi bu günün ölkəmizin, xüsusilə birincilərin həyatında əlamətdar bir gün olduğunu vurğuladı. Novruz Məmmədov dedi: “15 sentyabr, bu gün birinci sinifə qədəm qoyan balacaların həyatlarının ən vacib günlərindən biridir. Çünki onlar həyatlarında çox mühüm mərhələ olan bir dövrə qədəm qoyurlar. Bu gün onlar məktəbə elmlərin sirlərinə yiyələnmək üçün gəliblər. Ona görə də mən bütün ali və orta məktəblərdə təhsil alacaq gənclərə və uşaqlara uğurlar diləyir, müəllimlərə isə bu müqəddəs işdə həqiqi mənada xoş məramla çalışmağı arzu edirəm”.
132-134 nömrəli Təhsil Kompleksin direktoru Sara Xanlarova yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bu əlamətdar günün birincilər üçün xüsusilə önəmli olduğunu vurğuladı. Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən hər bir islahatın, baş verən hər bir hadisələrin ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış olduğunu diqqətə çatdırdı. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin əməyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. Sara Xanlarova çıxışında xüsusi olaraq onu da qeyd etdi ki, 2010-cu ildə 150 yaşlı bu tarixi binada ölkə Prezidentinin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidənqurma işləri aparılması və yenidən şagirdlərin istifadəsinə verilməsi dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova Təhsil Kompleksinin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbirdə birinci sinif şagirdləri üçün hazılanmış rəqslər və mahnılardan ibarət əyləncəli konsert proqramı təqdim olundu.
Sonra Bilik günündə ilk zəng çalındı və birincilər böyük sevinclə siniflərə daxil oldular.
132-134 nömrəli Təhsil Kompleksinin 2020-ci il üzrə məzunu Mədinə Tahirli İspaniyanın məhşur La Salle Ramon Llull, İngiltərənin tanınmış Westminster, Yunanistanın AAS College, həmçinin İngiltərənin...
132-134 nömrəli Təhsil Kompleksinin 2020-ci il üzrə məzunu Fərhad Yunusov əldə etdiyi yüksək nəticələrlə Çexiyanın Charles Universitetinə qəbul olunmuşdur.
Məzunumuza gələcək təhsil həyatında uğurlar və...
Hörmətli valideynlər!
Nəzərinizə çatdırırıq ki, 132-134 nömrəli Təhsil Kompleksinin nəzdində 15 illik təcrübə ilə fəaliyyət göstərən Fransız modeli ilə ANA MƏKTƏB ÈCOLE MATERNELLE məktəbəqədər hazırlıq...