Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümümü ilə əlaqədar anım tədbiri keçirilib.

0

Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxış edərək Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdi .

a3  a4

S.Xanlarova bildirdi ki, aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. 1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

a2 a 1
Təhsil Kompleksinin direktoru həmçinin qeyd etdi ki, akademik Zərifə Əliyevanın alim kimi tibb elmində qazandığı böyük uğurlar da heç kimə sirr deyil və bu uğurlar onun Azərbaycan elmində, ümumilikdə tibb aləmində təsdiqlənmiş, qəbul olunmuş sabit yerinin qarantıdır. Görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində doğulub boya-başa çatmış Zərifə xanım nəsillərə örnək olan bir ömür yaşadı. Bu gün ömür-gün yoldaşı, ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın inkişaf edib çiçəkləndiyinə, cəmiyyətimizə layiqli vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı övladı, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə layiqincə rəhbərlik etdiyinə görə Zərifə xanımın ruhu şaddır.

                                                                a9
Sara Xanlarova çıxışının sonunda nəcib xüsusiyyətləri ilə yaddaşlarda əbədi qalacaq Zərifə xanım Əliyevanın humanist, nəcib əməllərinin hazırda bu ocağın, bu ailənin gəlini olan Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırdı.

                                                                  a7
Tədbirdə görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş film və şagirdlərin hazırladıqları rəsm əsərlərindən ibarət sərgi nümayiş olundu. Məktəblilərin ifasında şeirlər və mahnılar səsləndirildi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin