06-07 oktyabr 2014-cü il tarixdə UNESCO-nun Baş Qərargahında UNESCO Assosiativ Məktəblər şəbəkəsinin iştirak etdiyi beynəlxalq konfrans keçirilmişdir. 132-134 nömrəli Təhsil Kompleksi UNESCO Assosiativ Məktəblər şəbəkəsinin üzvü olduğundan həmin konfransda dəvət almışdır. Konfransın keçirilməsində əsas məqsəd beynəlxalq təlim və təhsil, eləcə də təhsildə innovasiya metodlarının təcrübə mübadiləsi mexanizmlərini iştirakçılarla müzakirə etməkdən ibarət olmuşdur.