“Qədim Bakı xatirələri” mövzusunda tədbir keçirilib

0

Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində “İçərişəhər” Dövlət Tarixt-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyi ilə birgə “Qədim Bakı xatirələri” mövzusunda tədbir keçirilib.

   iceri44  iceri33

Yeniyetmə və gənclər arasında mədəni irsimizin təbliği, Bakı şəhərinin və onun qədim tarixi abidələrinin yaxından öyrənilməsi məqsədilə təşkil olunan tədbirdə Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova iştirakçılara rəhbərlik etdiyi təhsil ocağının tarixi, məzunları barədə ətraflı məlumat verib.

Sonra Təhsil Kompleksində fəaliyyət göstərən muzey ekspozisiyasının zənginləşdirilməsi məqsədilə “İçərişəhər” Tarix Muzeyinin fondunda olan fotolardan ibarət “Qədim Bakı” adlı güşənin və 150 illik tarixə malik olan Təhsil Kompleksinin əsaslı təmiri zamanı binanın özülündən aşkar olunmuş və mütəxəssis arxioloqlar tərəfindən rəy verilmiş artefaktlardan ibarət yeni ekspozisiyanın açılışı olub.

“İçərişəhər” Tarixi Muzeyinin direktoru Ceyhun Ağakişibəyli,İçərişəhər” Dövlət Tarixt-Memarlıq Qoruğu İdarəsi rəisinin elmi işlər üzrə köməkçisi, tarix elmləri doktoru Vəfa Quliyeva, Səbail Rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov çıxış edərək şagirdlərin qədim tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulayıblar.

Kompleksin akt zalında keçirilən ədəbi hissədə Bakı tipajlarından ibarət etno – mədəni canlı səhnəciyin və “Bakı tipajları” adlı sərginin nümayişi təşkil olunub.

                                                   iceri22

Tədbirdə “Qədim Bakı xatirələri” mövzusunda məruzə dinlənilib, muzeyin fondunda saxlanılan foto şəkillər əsasında hazırlanan “Qədim şəhərə səyahət” adlı film nümayiş etdirilib. Eyni zamanda, içərişəhərdə çəkilmiş bədii və sənədli filmlərdən ibarət video-oyunlar, tapmacalardan ibarət viktorinalar keçirilib, musiqi nömrələri səsələndirilib.

Viktorinada və sual-cavabda fəallıq göstərən şagirdlərə hədiyyələr və içəri şəhər muzeylərinə pulsuz baxış üçün “Şanslı bilet”lər təqdim olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin