Fransa Səfirliyində mərasim keçirilib

0

2015-ci il mart ayın 10-da, Fransanın Azərbaycandakı səfirliyində Frankofoniya həftəsi ərzində rəsmi mərasim keçirilib. Mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri, cənab Paskal Mönye bildirib ki, Fransa Respublikası bir qrup təhsil işçisinin Azərbaycanda fransız dilinin inkişafına göstərdikləri səyləri yüksək qiymətləndirir və gördükləri işlərə ehtiram göstərir. Bu münasibətlə Azərbaycan təhsil sahəsinin dörd nümayəndəsi Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif olunurlar.]

Mərasimdə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova, Naxçıvan Dövlət Universitetinin fransız dili kafedrasının direktoru Əli Allahverdiyev, Azərbaycan Dillər Universitetin dosenti və Təhsil Problemləri İnstitutunun fransız dili üzrə koordinatoru Gülbəniz Camalova Allahverdiyeva və Kiş kəndinin 1 nömrəli orta məktəbinin fransız dili müəllimi Qüdrət Muradova Akademik Palma (Kavaler dərəcəsi) ordeni təqdim olundu.
Təltif olunan təhsil işçiləri Fransa Respublikasının ölkəmizdəki səfirliyinə öz təşəkkürünü bildiribər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin