“Ana məktəb” layihəsinin yaranmasının 10 illiyi qeyd olundu

0

132-134 nömrəli Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən “Ana məktəb” in yaranmasının 10 illik yubiley mərasimi keçirilib. Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova bidirib ki, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərinin olması tarixi həqiqətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də həyata keçirilən çoxşaxəli, ardıcıl siyasət məhz Heydər Əliyev ideyalarının təntənəsidir. Son bir neçə ildə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərin, bağçaların, internat evlərinin əsaslı şəkildə yeniləşməsi, müasirləşməsi, bərpa etdirilməsində millət vəkili, Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyi vardır.
2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə Bakının Səbail rayonunda yerləşən tarixi binada fəaliyyət göstərən bu məktəbin binası əsaslı şəkildə təmir olundu və müasir avadanlıqla təchiz edildi. Burada Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən “Ana məktəb” layihəsi əsasında uşaq bağçası üçün yeni və müasir standarlara cavab verən ayrıca korpus tikilərək istifadəyə verildi.

9 4

132-134 nömrəli Təhsil kompleksi fransız modeli olan “Ana məktəb”dən və liseydən ibarət tam orta təhsili həyata keçirən yeni tipli dövlət müəssisəsidir. Fransız modeli olan “Ana məktəb” layihəsi – Azərbaycanda ilk dəfə tətbiq edilən beynəlxalq, inteqrativ bir layihədir. Burada təlim-tərbiyə işi- məktəbə hazırlıq və ümumi təhsili əhatə etməklə 2 pillədə aparılır.

1 bagca 2
Azərbaycanda bəlkə də ilk təhsil müəssisəsidir ki, uşaqlar 3 yaşından – 17 yaşına qədər məhz burada təhsil alır. 2005-ci ildən fəaliyyətə başlayan Avropa (Fransa) modeli olan – “Ana məktəb” layihəsi 3 yaşından təhsil alan hər bir uşağın məktəb təliminə hazırlanması, xarici dillərin öyrədilməsi, psixoloji inkişafı əsas istiqamətlər kimi götürür. Burada uşaqlara İngilis, fransız, italyan dilləri tədris olunmaqdadır .

bagca 3
Tədbir “Ana məktəb” in şagirdlərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam etdirildi.10 5

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin