“BAKI ELM FESTİVALI -2014” ÇƏRÇİVƏSİNDƏ 132-134 NÖMRƏLİ TƏHSİL KOMPLEKSİNDƏ TƏDBİR KEÇİRİLİB

0

                                    7

AMEA-nın təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Azercell”in sponsorluğu ilə keçirilən “Bakı Elm Festivalı-2014” çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib.

   6    5

AMEA-nın prezidenti , akademik Akif  Əlizadənin rəhbərlik etdiyi  “Bakı Elm Festivalı-2014” –ın iştirakçıları əvvəlcə 150 illik tarixə malik olan, 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyət göstərdiyi bu qədim bina ilə yaxından tanış olmuşlar. Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova qonaqlara məktəbin yaranma tarixi, fəaliyyəti haqqında geniş məlumat vermişdir.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov “Xalq qəhrəmanı Cavad xan Ziyadoğlu”, Allahverdi Əlimirzəyev “Tomris –Azərbaycan qadınlığının qəhrəmanlıq simvolu” , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının əməkdaşı Yusif Hüseynov “Kibercinayətkarlıqla mübarizənin aktual məsələləri” mövzularında çıxış etmişlər.

4      2

Tədbirdə çıxış edən natiqlər ölkəmizdə keçirilən “Bakı Elm Festivalı-2014” –ün əhəmiyyətindən danışaraq,  elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısını, alimlərimizin əldə etdiyi uğurlu elmi tədqiqatların əhəmiyyətini, gənc alimlərə yaradılan şəraiti yüksək dəyərləndirmişlər.

Sonra, 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri ingilis, fransız dillərində çıxış edərək, şer və mahnılar səsləndirmişlər.

                                                   3

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin