132-134 nömrəli Təhsil Kompleksində “Bilik Günü” qeyd olundu

0

Bu gün ölkənin hər yerində olduğu kimi, Bakının Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 15 sentyabr- “Bilik Günü” qeyd olundu. Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova bütün təhsil işçilərini, şagirdləri, valideynləri təbrik etdi. Direktor bildirdi ki, bu il Təhsil Kompleksini bitirən  məzunlar  yüksək bal toplayaraq Azərbaycan Respublikasının  və  xarici ölkələrin  ali məktəblərinə qəbul olunmuşlar. Həmin məzunlardan 6 nəfəri medal alaraq ( 4 qızıl, iki gümüş ) Təhsil Kompleksini fəxrlə bitirmişlər.

Təhsil Kompleksinin direktoru Sara Xanlarova çıxış Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən hər bir islahatın, baş verən hər bir hadisələrin ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış olduğunu diqqətə çatdırdı. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin əməyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. Sara Xanlarova çıxışında xüsusi olaraq onu da qeyd etdi ki, 2010-cu ildə 150 yaşlı bu tarixi binada ölkə Prezidentinin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidənqurma işləri aparılması və yenidən şagirdlərin istifadəsinə verilməsi dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.  132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova Təhsil Kompleksinin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.

Çıxışında kompleksdəki təhsil barəsində məlumat verən S.Xanlarova onu da bildirdi ki, ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoymuşdur. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir. Direktor həmçinin Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən “Ana Məktəb” barədə məlumat verdi və bildirdi ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir. Modelin əsas məqsədi uşaqların 3 yaşdan tam məktəb təliminə hazırlanması və erkən yaş dövründən xarici dillərin öyrədilməsindən ibarətdir.

                                          Dilber

Tədbirin bədii hissəsində məktəblilərin ifasında vətənpərvərlik haqqında şeirlər söylənildi, mahnılar səsləndirildi.

ushaqlar

“Bilik Günü” ndə “ İlk zəng” çalındı və birincilər böyük sevinclə sinifə daxil oldular.

.                                         son

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin