132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Memorial Soyqırım Muzeyi ilə tanış olublar

0

                                                            3

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ölkəmizin tarixinin daha dərindən öyrənilməsinə olan marağının artırılması, gələcək nəslin bilikli və savadlı böyüməsi istiqamətindəki işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə RİH tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiyada 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri də iştirak etmişlər.

       1 2

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin