132-134 nömrəli təhsil kompleksinin müəllim və şagirdləri Heydər Əliyev Fondunda olublar

0

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə 132-134 nömrəli təhsil kompleksinin müəllim və şagirdləri 2013-cü ilinaprel ayının  30-da Heydər Əliyev Fondunda olublar. Ziyarətçilərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib, bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına köməklik göstərir.

İkinci dəfə Azərbaycanda rəhbərliyə gələn Heydər Əliyevin fəaliyyəti nəticəsində təhsil sistemində bir sıra önəmli islahatların aparıldığı, onun diqqət və qayğısı sayəsində müasir müstəqil Azərbaycanda təhsilin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyi vurğulanıb.

Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.

Sonda ziyarətçilər Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin