Təhsil Nazirliyi ali məktəblərə xəbərdarlıq edib

0
“Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında aşkar olunan saxta diplomlarla bağlı hazırda Baş Prokurorluqda istintaq gedir. İstintaq başa çatdıqdan sonra Baş Prokurorluq bununla bağlı geniş məlumat verəcək”. Bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Nazir müavini bildirib ki, ali məktəblərdə mütəmadi yoxlamalar həyata keçirilir. O qeyd edib ki, hansısa ali məktəbdə bu cür neqativ hal aşkarlanarsa, sərt addımlar atılacaq: “Hazırda xüsusi olaraq hər hansısa yoxlama həyata keçirilmir. Ali təhsil müəssisələrində tədrisin səviyyəsi yoxlanarkən diplomlarla olan vəziyyət də araşdırılır”.

Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də aydınlıq gətirən C. Bayramov qeyd edib ki, bu məsələ “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb: “12 illik təhsil strategiyada qoyulmuş hədəflərdən biridir. Hazırda strategiyanın fəaliyyət planı hazırlanır, bundan sonra isə müvafiq dövlət proqramları qəbul ediləcək. 12 illik təhsilə keçidlə bağlı dövlət proqramı qəbul olunduqda orada ətraflı təfərrüatlar veriləcək. 12 illik təhsilə keçidin hansı sinifdən başlayacağı barədə indidən nəsə demək tezdir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin