• tr

132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi keçirilib

0

Öncə Təhsil Kompleksinin rəhbər, müəllim və şagird heyəti yüksək texnologiyalar əsasında qurulmuş virtual Heydər Əliyev Muzeyini ziyarət etdilər, ulu öndərin büstü önünə əklil qoydular, xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Muzeydə “Heydər Əliyev” məşğələsi keçirildi. Günboyu məktəb daxilində ulu öndərə həsr olunmuş dərslərdə şagirdlərə ümummilli liderin zəngin irsi barədə geniş   məlumat verildi, dövlətçilik fəaliyyətini əks etdirən sənədli film  nümayiş etdirlidi. Həmçinin, yuxarı sinif şagirdləri üçün “Nəsillərdə yaşanan ömür” mövzusunda “dəyirmi masa” keçirildi. Burada ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, gənclərə, təhsilə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verildi. Daha sonra tədbir Təhsil Kompleksinin geniş salonunda davam etdirildi.

2  5

132-134 nömrəli Təhsil Kompleksinin  direktoru, Əməkdar Müəllim Sara Xanlarova bildirdi ki, bu gün  müstəqil   Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim,  ümummilli lider Heydər Əliyevin vəfatından on iki il keçir. İndi hər bir azərbaycanlı ulu öndərin şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, qüdrətini və müdrikliyini, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlərin əzəmətini daha dərindən dərk edir. Bu dahi insanın liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə  dünya  üçün  həlledici  rol oynamışdır.  Azərbaycan xalqı çox xoşbəxtdir,  çünki onun Heydər Əliyev kimi dünya şöhrətli ümummilli lideri var! Heydər Zirvəsi əlçatmazdır, Heydər Zirvəsi dünyanın hər yerindən görünür.

3 1

Dahi rəhbər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq rolundan danışan S.Xanlarova   çıxış edərək söylədi  ki,  Ulu Öndər  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Qüdrətli şəxsiyyət Heydər Əliyev bütün həyatını, fəaliyyətini Azərbaycana, onun xoşbəxtliyinə, işıqlı gələcəyinə həsr edib. Ümummilli Liderin ideyaları əbədiyaşardır. Dahi rəhbər Heydər Əliyevlə bağlı xatirələrini diqqətə çatdıran Sara Xanlarova vurğuladı ki, Ulu    öndər yüksək insani keyfiyyətlərinə, dövləti idarəetmə bacarığına, xalqa sədaqətlə xidmət göstərdiyinə görə nadir tarixi şəxsiyyətlərdəndir.
Ümummilli lider  Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini xatırladan direktor Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğuladı. Həmçinin bildirdi ki, Bakının mərkəzində yerləşən və 150 ildən çox tarixə malik olan və hazırda 132 və 134 nömrəli Təhsil Kompleksinin fəaliyyət göstərdiyi bu möhtəşəm bina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yenidən qurularaq əsaslı bərpa olunmuş və şagirdlərin ixtiyarına verilmişdir. Tarixi keçmişimizə həmişə böyük hörmətlə yanaşan, milli irsimizi, abidələrimizi, milli sərvətlərimizi daim qoruyan, bərpa edən dövlət başçısının bu tarixi binanın da yaşamasında və onun gələcək nəsillərə ötürülməsində böyük xidmətləri vardır. Biz bütün müəllim və şagird heyətimizlə birgə dövlətimizin bəxş etdiyi bu əvəzsiz töhfəni layiqincə qoruyub saxlayacağıq.

                                                              6

Şagirdlər təhsil müəssisəsindəki Heydər Əliyev Muzeyində müdrik rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar və foto şəkillərlə tanış olublar.

Tədbirin rəsmi hissəsindən sonra məktəblilərin ifasında ümummilli liderin xatirəsinə həsr olunmuş bədii hissə nümayiş etdirildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.

PAYLAŞ

132-134-admin

Bizə Yazın