• tr

132-134 nömrəli Təhsil Kompleksində “Fransa Günü” keçirildi

0

mek4Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində “Fransa Günü”  adlı tədbir keçirildi. Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının və Fransa Respublikasının dövlət himnləri səsləndirildi. Sonra tədbiri Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova açdı və  rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunmasından danışdı. Qeyd olundu ki, ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoymuşdur. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir. Direktor həmçinin Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Ana Məktəb barədə məlumat verdi və bildirdi ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir.  Modelin əsas məqsədi uşaqların 3 yaşdan tam məktəb təliminə hazırlanması və erkən yaş dövründən xarici dillərin öyrədilməsindən ibarətdir.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxış edərək  Fransa-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi. Həmçinin hər iki ölkə arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığı xüsusi vurğuladı. 132-134 nömrəli Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən fransa modeli əsasında yaradılmış Ana Məktəbin fəaliyyətini də yüksək qiymətləndirdi. Gələcəkdə hər iki ölkə arasında təhsil əlaqələrinin daha da artacağına öz əminliyini vurğuladı.

Sonra Ana Məktəb şagirdlərinin fransız dilində hazırladıqları bədii kompozisiya nümayiş olundu. Fransa-Azərbaycan əlaqələrindən bəhs edən şagirdlərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.

Tədbirdən sonra qonaqlar 132-134 nömrəli Təhsil Kompleksinin Tarix muzeyi ilə də tanış oldular.

mek5

 

PAYLAŞ

132-134-admin

Bizə Yazın