132-134 nömrəli Təhsil Kompleksində “Dini radikalizm ilə mübarizə” adlı tədbir keçirilib.

0

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 132-134 nömrəli Təhsil Kompleksində “Dini radikalizm ilə mübarizə” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Səbail rayon Polis İdarəsinin YYÇPİT bölməsinin rəisi Ədalət Ağayev, 9-cu Polis Bölməsinin YYÇİÜ baş inspektoru Sahib Seyidov, Səbail rayon İcra Hakimiyyətinin  baş məsləhətçisi Əli Muradov , İçəri şəhər “İmam Əli” məscidinin axundu Sadiq Əsgərov çıxış edərək dini radikalizmin zərərli təsirləri haqqında geniş məlumat vermişlər.

Qeyd edək ki, tədbirdə IX-X-XI sinif şagirdləri və müəllim kollektivi iştirak etmişdir. Görüşdə həmçinin müəllim şagird münasibətləri və yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində məqsədyönlü ümumi profilaktik söhbətlər aparılıb.

 

 

Share.

About Author

Leave A Reply