“Xalqa bağışlanan ömür” adlı anım tədbiri keçirilib

0

132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar “Xalqa bağışlanan ömür” adlı anım tədbiri keçirilib. Anma tədbirində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

 


132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın əməkdar müəllimi Sara Xanlarova çıxış edərək dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti barədə şagirdlərə ətraflı məlumat verib. S.Xanlarova bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və ölkəmizdə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, tarixi fərman və sərəncamlar imzalayıb. Ulu Öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanınmış universitetlərində təhsil almağa göndərilib. Məhz həmin kadrlar bu gün Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində fəal iştirak edirlər. Kompleksin direktoru həmçinin vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil dövlətimizin taleyi etibarlı əllərdədir və bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq uğurlara imza atmaqdadır.

 

 
Tədbirdə şagirdlərin ifasında görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən ədəbi-bədii kompozisiya, videoçarx və filmlər nümayiş etdirilib, şeir və mahnılar səsləndirilib.

 

Share.

About Author

Leave A Reply