• tr

132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirilib

0

İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan edlib.

 

 
Tədbiri giriş sözü ilə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın əməkdar müəllimi Sara Xanlarova açaraq məzunları təbrik edib və onlara qarşıdakı çətin sınaqlarda müvəffəqiyyətlər arzulayıb.

 

 

Sara Xanlarova Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində aparılan uğurlu siyasətdən danışaraq son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə də ətraflı məlumat verib.
Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.

 

 

PAYLAŞ

132-134-admin

Bizə Yazın