• tr

132-134 nömrəli təhsil komleksinin şagirdləri Milli Məclisi ziyarət ediblər

0

Artıq neçə ildir ki,132-134 nömrəli təhsil komleksinin tərkibində şagird parlamenti fəaliyyət göstərir. Parlamentin tərkibində olan 5-11-ci siniflərdə oxuyan 42 şagirddən ibarət nümayəndə heyəti Milli Məclisə ekskursiya edib.

 

 

Təhsil kompleksinin şagirdləri ekskursiya zamanı bu idarəetmə orqanı ilə, həmçinin Milli Məclisdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olmuş, burada fəaliyyət göstərən komissiyalarla və keçirilən iclaslarla bağlı geniş məlumata malik olmuşlar.

 
Təhsil kompleksinin şagirdlərini qarşılayan millət vəkilləri Eldar İbrahimov, Ziyafət Əsgərov,Ziya Səmədzadə, Şəmsəddin Hacıyev Milli Məclisin yaranması, fəaliyyəti haqqında geniş çıxış etmiş və onları maraqlandıran suallara ətraflı cavab vermişlər.

 


Görüşün sonunda millət vəkilləri şagirdlərlə birlikdə Milli Məclisin sonuncu mərtəbəsindən doğma şəhərimizin gözəl mənzərəsini bir daha seyr etmiş və xatirə şəkli çəkdirmişlər.

 

 

 

 

PAYLAŞ

132-134-admin

Bizə Yazın