• tr

132-134 nömrəli Təhsil Kompleksində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

0

132-134 nömrəli Təhsil Kompleksində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim nurlu sabahımızdır” adlı tədbir keçirilib.

 

 

Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova giriş nitqi ilə çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik edib və ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğının olduğunu diqqətə çatdırıb. Həmçinin uşaqların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratdığını vurğulayıb.

  

S.Xanlarova bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, ölkəmizin balaca sakinlərinin gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər.
Tədbirdə təhsil kompleksinin istedadlı şagirdlərinin, rəqs kollektivlərinin ifasında müxtəlif ölkələrin musiqi nömrələri və fleşmob nümayiş olunub. Həmçinin təhsil kompleksinin idman sahəsində keçirdiyi yarışlarda uğurlar qazanan şagirdlərin göstərdikləri  maraqlı musiqi nömrəsi yaddaqalan olub.

 

 

PAYLAŞ

132-134-admin

Bizə Yazın