• tr

132-134 nömrəli Təhsil Kompleksində “28 May- Respublika Günü” qeyd olunub

0

132-134 nömrəli Təhsil Kompleksində Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

 

Tədbiri giriş sözü ilə Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar müəllimi Sara Xanlarova açaraq bütün şagirdləri “28 May- Respublika Günü” münasibəti ilə təbrik edib. S.Xanlarova bildirib ki, 28 May- Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulub.

 

Bu həm də müsəlman dünyasında ilk demokratik dövlət idi. Həmin mürəkkəb dövrdə böyük çətinliklərə və maneələrə baxmayaraq bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Bu dövlət 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından olduqca böyük əhəmiyyəti vardır. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.

 

Ulu öndərimiz qısa müddət ərzində ölkəmizi məhvə aparan bütün təhlükələri əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi oldu. Bügünkü çiçəklənən, qüdrətli Azərbaycana görə biz hamımız bu dahi insana minnətdarıq. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rəsmi hissədən sonra tədbir şagirdlərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.
Tədbir Azərbaycanın üçrəngli bayraqlarını səhnədə dalğalandırılması ilə yekunlaşıb.

 

 

PAYLAŞ

132-134-admin

Bizə Yazın