• tr

132-134 nömrəli Təhsil Kompleksində Ümümdünya Mülki Müdafiə günü münasibəti ilə maarifləndirici tədbir keçirilib

0

1 Mart – Ümümdünya Mülki Müdafiə günü ilə bağlı ənənəvi olaraq Səbail rayonunda silsilə tədbirlər keçirilib. Bu münasibətlə 132-134 nömrəli Təhsil Kompleksində  Səbail Rayon İcra Hakimiyyəti  və  Fövqəladə Hallar Nazirliyi  Səbail  Rayon  Fövqəladə  Hallar  və  Mülki  Müdafiə  şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.

received_10208226099838303 received_10208226111718600
Səbail Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə  Qoşunları  MM  İdarəsinin,  nazirliyin  Dövlət  Yanğından  Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin məqsədi barədə şagirdlərə ətraflı məlumat verilmişdir.

received_10208226113118635 received_10208226181000332

Bildirilmişdir ki, Ümümdünya Mülki Müdafiə günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanmışdır. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində mararifləndirici xarakterli tədbirlər keçirilib.Tədbirin keçirilməsinin əhəmiyyəti şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.

received_10208226179560296 received_10208226118998782
Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirilib.

received_10208226118558771 received_10208226118718775

Sonra orta məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib. Bu dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olunub, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

received_10208226102838378

PAYLAŞ

132-134-admin

Bizə Yazın