• tr

132-134 nömrəli Təhsil Kompleksində təlim-məşğələ keçirilib

0

Səbail Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə 132-134 saylı Təhsil Kompleksində rayonun orta təhsil müəssisələrinin rəhbərləri, məktəb psixoloqları və tibb işçilərinin iştirakı ilə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması üçün təlim-məşğələlər keçirilib.

Təlimlər-məşğələnin işində iştirak edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ilk növbədə təlim-məşğələlərin məqsədi, narkotiklərlə mübarizə işləri çərçivəsində Səbail rayonunda görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı»nın müvafiq bəndlərinə uyğun olaraq rayonda fəaliyyət göstərən Komissiya tərəfindən tədbirlər planına uyğun olaraq müvafiq işlər həyata keçirilir. Bu işlər çərçivəsində rayondakı orta və ali təhsil müəssisələrində, idarə və təşkilatlarda geniş şəkildə maarifləndirmə tədbirləri keçirilir və bu tədbirlərin aparılması məqsədi ilə mütəxəssislərlə yanaşı həm də tədbirlərin təşkilində cavabdeh olan təlimçilərin də hazırlanması mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev qeyd edib ki, hazırda bütün dünyanı narahat edən narkomaniya ümumbəşəri bəlaya çevrilib. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi hallar üçün münbit zəmin yaradır. Narkomaniya gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən prosesə çevrilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədilə keçirilən təbliğat xarakterli kütləvi tədbirlərdə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı vacibdir.

PAYLAŞ

132-134-admin

Bizə Yazın