• tr

132-134 nömrəli Təhsil Kompleksində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

0

Tədbirdə  Xocalı soyqırımı qurbanlarının xatirəsi  bir dəqiqəlik sükutla yad olunub.

received_10208111204765998 (1) received_10208110971600169

Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova şagirdlər qarşısında çıxış edərək bildirib ki, bu gün Vətənimizdə, ölkəmizdə kədərli bir gündür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

received_10208110795315762

Xalqımız 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Soydaşlarımız zaman-zaman doğma torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilən kütləvi qırğınlarla müşayiət olunub. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında baş verən hadisələr Azərbaycanın tarixi ərazisində kəndlərin, şəhərlərin dağıdılması, on minlərlə günahsız insanın həlak olması, yüz minlərlə vətəndaşımızın öz ata-baba torpaqlarından didərgin düşməsi ilə nəticələnib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilən ən ağır, ən qatı cinayətlərdən biridir.

received_10208110970840150

S.Xanlarova həmçinin qeyd edib ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar.

received_10208110790115632

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. O, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirib.

received_10208110796555793

received_10208110791035655 received_10208110790155633

Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu olub.

received_10208110783115457 received_10208110782755448

received_10208110789675621

Çıxışının sonunda Təhsil Kompleksinin direktoru bir daha vurğulayıb ki, ermənilərin qəsbkarlıq siyasəti azərbaycanlılara, ümumilikdə bütün bəşəriyyətə qarşı yönəlib. Düşmənin Xocalıda törətdiyi qanlı faciə heç zaman unudulmayacaq.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri “Xocalı harayı” adlı  bədii kompozisiya nümayiş etdiriblər.

 

PAYLAŞ

132-134-admin

Bizə Yazın