• tr

132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri “Sabahın alimləri” müsabiqəsinin qalibi olub.

0

Fevralın 16-da  “Sabahın alimləri”  VI Respublika  Müsabiqəsinin açılış mərasimi keçirilib.

m4

 Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

m5

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində aparılan islahatların gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə istiqamətləndiyini vurğulayıb. Nazir qeyd edib ki, ötən il  ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş 158 məzundan 38 nəfəri son dörd ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alırlar.

FullSizeRender (3)  FullSizeRender

“Sabahın alimləri” müsabiqəsinə ölkə miqyasında marağın və iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını deyən nazir bildirib ki, builki yarışmada ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə ilə iştirak edir.

IMG_6001  IMG_5990

AMEA-nın prezidenti Akif Əlizadə müsabiqə iştirakçılarına akademiyanın 40-dan çox elmi müəssisəsində, elmi-tədqiqat institutlarının laboratoriyalarında tədqiqat aparmaq üçün şərait yaradıldığını nəzərə çatdırıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzulayıb, gənclərin elmə həvəsləndirilməsi, onların elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.

IMG_6108  IMG_6111

Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət Münsiflər Heyəti yaradılıb.

Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-da keçiriləcək İnteI İSEF-də iştirak etmək imkanı qazanacaq.

Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkətidir.

m3  image1

“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730  nəfər şagird qatılıb, onlardan 30 şagird  Intel İSEF-də iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki,  132-134 nömrəli Təhsil Kompleksinin  10 c sinif şagirdləri  Sadiq Fidan Vüqar qızı və Rustəm Nagiyev Anar oğlu « Autoimmun proseslerin autoimmun tarqet susdurulması » mövzusu ilə iştirak etdikləri  “Sabahın alimləri” müsabiqəsində Tibb və sağlamlıq nominasiyası üzrə III yerə layiq görülmüşlər.

 

PAYLAŞ

132-134-admin

Bizə Yazın