• tr

132-134 nömrəli Təhsil Kompleksində ənənəvi “Məzun Günü” keçirilib.

0

Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində ənənəvi “Məzun Günü” keçirilib.

received_10207975155124842

received_10207975247687156

4 fevral 2017-ci il tarixdə Təhsil Kompleksini müxtəlif illərdə bitirmiş məzunların iştirak etdikləri tədbirdə məktəbin direktoru, əməkdar müəllim Sara Xanlarova müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

received_10207975230886736 received_10207975272287771

received_10207975346649630

received_10207975228686681 received_10207975131484251
Direktor Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini diqqətə çatdırıb. Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən S.Xanlarova bu sahə ilə bağlı imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Direktor Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini diqqətə çatdırıb.

received_10207975165605104 received_10207975193045790

received_10207975129284196

Təhsil Kompleksinin inkişaf mərhələləri, fəaliyyəti, qazanılan uğurlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə məktəbin binası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib.

received_10207975155204844 received_10207975148204669

received_10207975228366673 received_10207975249367198

Bu təhsil müəssisəsinin məzunları arasından görkəmli elm və mədəniyyət xadimləri, ictimai xadimlər çıxıblar. Dünya şöhrətli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva, general Akim Abbasov, xalq artisti Leyla Bədirbəyli və digər məşhur şəxsiyyətlər bu məktəbin məzunları olublar.

received_10207975280727982 received_10207975236286871

received_10207975153404799
S.Xanlarova bildirib ki, Təhsil Kompleksi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoyub. Burada məktəblilərə rus, fransız, ərəb, ingilis, italyan dilləri mükəmməl şəkildə öyrədilir.
Məktəbin məzunları Təhsil Kompleksinin uğurlarından sonsuz qürur hissi keçirdiklərini bildirib, müəllim və şagirdlərə təhsildə yeni nailiyyətlər arzulayıblar.

Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.

PAYLAŞ

132-134-admin

Bizə Yazın